Ana səhifə Planet |
ABŞ Dövlət katibinin müavini Daniel Russel Çinin Krımı örnək götürərək Sakit okeanda yerləşən adaların ələ keçirilməsi istiqamətində addımlar atacağı təqdirdə bu ölkəyə də sanksiyalar tətbiq etməkdən çəkinməyəcəklərini deyib.
"Axar.az" xəbər verir ki, ABŞ müttəfiqlərini qoruyacağı ilə bağlı verdiyi sözü unutmadığını və Çini addımlarında diqqətli olmağa səsləyib.
Çinin də Rusiya kimi bölgəsində gərginlik yaradacaq addımların ata biləcəyi barədə verilən suala, Russel problemlərin sülh şəraitində həll etmənin hələ də etibarlı olduğunu, bu etibarlılığın da Çin üzərində daha çox təzyiqlərin olması ilə əlaqələndirib.
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın bu bəyanatına cavab olaraq bildirib ki, Cənubi Çin dənizi və Ukraynadakı problem tamam fərqlidir və Russelin niyə fərqli hadisəni eyniləşdirdiyi başa düşülən deyil.
Cənubi Çin dənizinin demək olar bütün ərazisinin özlərinə aid olduğunu iddia edən Pekin rəhbərliyinin bölgədə zaman-zaman Filippin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Malaziya, Bruney və Tayvanla əlaqələrində gərginlik yaşanır.
Tarix
2014.04.05 / 20:56
|
Müəllif
Pərviz Həsənov
|