Yuxarı

İranda azərbaycanlı-erməni qarşıdurması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Şərqi Azərbaycan vilayətində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 3-də Culfa şəhərində qeydə alınıb.

Belə ki, bir qrup azərbaycanlı fəal Culfanın "Xaraba dəyirman" kilsəsini ziyarət etməyə gedib. Onların arasında Mehdi Kuxiyan, Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir.

İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. Ancaq azərbaycanlı fəallardan ikisi - M.Kuxiyan və S.Sultani həbs edilərək Culfa Şəhər Polis İdarəsinə aparılıb. Onlar bir müddət sonra azadlığa buraxılsa da, təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri məlum olub.

Tarix
2014.04.05 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla