Yuxarı

FHN-dən Gəncədəki yol terroru ilə bağlı açıqlama - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:18

Azərbaycanın Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.

57 BT 795 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir.

22:52

Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.30 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2105"-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.

23:50

Fövqəladə Hallar Nazirliyi Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

"Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "LADA" markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.

Tarix
2014.04.05 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla