Yuxarı

Qırğızıstanın sabiq prezidenti həbs edildi - 25 il

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev qiyabi olaraq 25 il müddətinə azadlıqdan məhrum edilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bişkekin Pervomaysk Rayon Məhkəməsi keçmiş dövlət başçısını britaniyalı biznesmen Şon Deylinin həyatına sui-qəsd etməkdə təqsirli bilib.

Ş.Deyli Qırğızıstanın Ceruy qızıl yatağının işlənməsi lisenziyasının sahibi olan "Oxus Gold" (Böyük Britaniya) şirkətinin Bişkekdəki təmsilçisi olub. Lakin Qırğızıstan hökuməti yatağı daha əlverişli şərtlər təklif edən Avstriyanın "Global G.O L.D. Holding Gmbh" şirkəti ilə işlətmək barədə saziş imzalayıb. İstintaqın versiyasına görə, Kurmanbek Bakiyev məsələnin ictimailəşməməsi üçün Qırğızıstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan qardaşı Janıbek Bakiyevə, oğlanları Maksim və Marata Ş.Deylini aradan götürmək barədə göstəriş verib. 7 iyul 2006-cı ildə bir neçə güllə yarası alan Ş.Deyli sağ qalıb və tezliklə Qırğızıstanı tərk edib.

Artıq bu faktla bağlı Maksim Bakiyev və Janıbek Bakiyev ömürlük, Marat Bakiyev isə 20 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2005-2010-cu illərdə Qırğızıstan prezidenti olan Kurmanbek Bakiyev hakimiyyətdən devrildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ona Minskdə sığınacaq verib. Rəsmi Bişkekin tələblərinə baxmayaraq, Minsk sabiq prezidenti təhvil verməkdən imtina edir.

Tarix
2014.04.05 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla