Yuxarı

Zəvvarlarımız Həccə ABŞ təyyarəsi ilə gedəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycandan zəvvarları Həcc ziyarətinə aparacaq aviaşirkətin adı açıqlanıb.

"Axar.az" APA-ya ismtinadən xəbər verir ki, QMİ-dən verilən məlumata görə, bu, ABŞ-a məxsus ASAS (American Airlines Arrival Slot Allocation System) vasitəsilə baş tutacaq.

Artıq şirkətin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi ilə razılıq əldə olunub və tezliklə uçuşların dəqiq tarixləri QMİ-yə təqdim olunacaq. Həcc ziyarətinin Azərbaycanda sentyabrın 20-dən sonra başlanacağı gözlənilir. Dəqiq gün uçuş tarixlərinin QMİ-yə təqdim olunmasından sonra məlum olacaq.

Xatırladaq ki, ötən il uçuşları "France Air" şirkəti həyata keçirib.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.

Tarix
2014.04.05 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla