Yuxarı

İlham Əliyevlə Ərdoğanın görüşü başlıqlarda - Türk mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin Baş naziri Bakıda rəsmi səfərdə olub.

"Axar.az" xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan ənənəvi olaraq seçkidən sonra Azərbaycana rəsmi səfər edib. Ərdoğan səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb. Təbii ki, bu səfər o biri səfərlərdən çox-çox seçilirdi - Ərdoğanla Gülənin arasındakı nifaq, Azərbaycan hökumətində qədər sızan gülənçilər və Gülən məktəbləri.

İki lider mediaya qapalı, təkbətək görüşdükdən sonra ortaq mətbuat konfransı təşkil edib. İlham Əliyev konfransda Gülən məktəbləri ilə bağlı sualı cavablandırıb. Və bu cavab Türkiyə mediasında böyük əks-sədaya səbəb olub. Türkiyə mediasının İlham Əliyevin açıqlaması ilə bağlı verdiyi xəbərləri qısa başlıqlarla təqdim edirik:

"Əliyev Gülən məktəblərinin bağlana biləcəyinin siqanlını verdi"

"internethaber.com" saytı açıqlamanı bu cür təqdim edib və "Gülən məktəblərinin bağlanıb-bağlanmayacağı sualına Əliyev Ərdoğanın etibarını təzələdi və Gülən məktəblərinin bağlana biləcəyinin siqnalını verdi" cümləsi ilə xəbərə davam edib.

"Azərbaycandakı Gülən məktəblərindən şikayət etdimi?"

Türkiyənin reytinqli saytı olan "radikal.com.tr" xəbəri Ərdoğanın Azərbaycana səfərinin səbəbini Gülən məktəblərindən şikayət etmək kimi qələmə verib.

"Gülən məktəblərinə daha bir zərbə Əliyevdən gəldi"

Türkiyənin ən köklü və ən tirajlı qəzetlərindən olan "milliyet" Ərdoğan-Əliyev görüşməsini bu başlıqla verib. "Milliyet" xəbərə "Ərdoğan seçkidən sonra Azərbaycana səfər etdi. Ərdoğan seçkidən əvvəl Türkiyədə baş verənləri Əliyevə danışıb və Gülən məktəbləri ilə bağlı tədbir görməyi xahiş edib" cümləsi ilə davam edir.

"Gülənçilərin siyahısını verdi"

"hürriyet.com.tr" saytı Ərdoğanla Əliyevin görüşünü bu cür adlandırıb. "Hürriyet" "Baş nazir R.T.Ərdoğan ənənəvi olaraq seçkidən sonra Azərbaycana rəsmi səfər edib. Mitinqlərdə seçkidən sonra gülənçilərə qarşı əməliyyatların başlayacağının siqnalını verən Ərdoğan dünən Bakıya özəl bir siyahı ilə getdi" cümləsi ilə xəbər davam edir.

"Əliyev: "Əlaqələrimizə zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik""

Türkiyədə son dəqiqə xəbərləri ilə məşhur olan "haberler.com" saytı Əliyevin açıqlamasına aid xəbəri bu başlıqla verib.

"Əliyev: "Dostuq, müttəfiqik, qardaşıq"

"haber365.com" saytı Əliyevin Gülən məktəbləri ilə bağlı açıqlamasını bu cür başlıqla verib.

Tarix
2014.04.05 / 12:09
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla