Misir prezidenti Türkiyəyə gələcək
19:05
Ana səhifə Maqazin |
Amerikalı müğənni Beyonsun pərəstişkarları onu məhkəməyə verib.
"Axar.az" xəbər verir ki, Rakel Kastellanos və Qabriella Devidson bununla bağlı verdikləri açıqlamada bildiriblər ki, keçən ilin dekabr ayında müğənninin Çikaqodakı konsertində ayaq altında qalıblar. Belə ki, ön sıraya bilet almaqlarına və düz qapının ağzında dayanmaqlarına baxmayaraq, qapılar açılanda arxadakı kütlə onları yıxaraq önə keçib. Nəticədə hər iki qız xəstəxanalıq olub.
Qeyd edək ki, zərərçəkənlər baş verənlərlə bağlı konsertin təşkilatçılarını və Beyonsu günahlandırıb. Qızların zərərləri qarşılığında müğənnidən tələb etdikləri kompensasiyanın məbləği isə açıqlanmır.
Tarix
2014.04.05 / 03:12
|
Müəllif
Gülnarə Kərimova
|