Yuxarı

Qlobal iqlim dəyişikliyi: Azərbaycanı nə gözləyir – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır".

Bunu "Axar.az"a BMT-nin qlobal hesabatını şərh edən Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirdi. Onun fikrincə, qlobal dəyişikliyin Azərbaycana təsiri hiss edilməyəcək: "Dünyada iqlim dəyişikliyi riyazi qaydalara əsasən hesablanır. BMT-nin müəyyən rəqəmlər göstərərək hesabat verməsinə baxmayaraq, bu iqlim dəyişikliyinin Azərbaycana necə təsir edəcəyini demək çətindir. Çünki ölkəmizin iqlim durumu bir qədər fərqlidir. Dəfələrlə Avropanın iqlim durumu ilə bağlı proqnozlar verilib, amma digər Avropa dövlətlərindən fərqli olaraq həmin proqnozlar özünü Azərbaycanda doğrultmayıb. Məhz bunları nəzərə alaraq Azərbaycanda iqlim dəyişikliyinin tam modelini hazırlamağın çətin olduğunu deyə bilərəm".

Ekspert hesab edir ki, Azərbaycanda temperatur dəyişməsinə əsas təsir edən amil Xəzər dənizidir: "Ölkəmizin Xəzər hövzəsində yerləşməsi onun temperaturuna da təsir edir. Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır. Qlobal hesabatda göstərilir ki, iqlim dəyişikliyi okean səviyyəsindən aşağıda yerləşən ölkələrdə torpaq itkisi ilə müşahidə ediləcək. Xəzərin isə dünya okeanı ilə əlaqəsi tam isbat edilməyib. Maksimum hansısa sahilyanı ərazilərin suyun altında qalmasını müşahidə edə bilərik. Qlobal iqlim dəyişməsinin ölkəmizə təsiri qışın sərt keçməsində də özünü göstərib. Təxmini hesablamalarımıza görə, iqlim dəyişikliyi qışda temperaturun daha da düşməsinə gətirib çıxarıb. Son illər temperatur mənfi 15 dərəcəyə qədər düşüb. Bu hal əvvəllər müşahidə olunmayıb. Doğrudur, yayda da temperaturun yüksəlməsi müşahidə edilib. Amma bu günlərin sayı o qədər də çox olmadığı üçün mənfi təsiri də çox çəkmir".

Xatırladaq ki, BMT İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun Yaponiyada keçirilən iclasında iqlim dəyişikliyi ilə bağlı heç də xoş olmayan proqnozlar verilib. Elmi cəhətdən sübut edilən sənəddə 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının 25 faizədək azalacağı deyilir. Həmçinin 2050-ci ildən sonra dünya əhalisinin 9 milyarda çatacağı halda, taxıl məhsullarının bundan da çox azalacağı ehtimal olunur. Hesabata əsasən bir çox balıq növləri şimal sularına köçəcək, bu isə tropik regionların sakinlərinin ərzaq təhlükəsizliyində özünü göstərəcək. Bir çox yaşayış regionlarında sellər intensivləşəcək, isti havalardan ölüm hallarının sayı artıracaq. İqlim dəyişikliyindən əsasən yoxsul ölkələr zərər çəkəcək, lakin daşqınlar və quraqlıq riskinin artması səbəbindən inkişaf etmiş ölkələr də ciddi ziyan görəcək.

Tarix
2014.04.05 / 02:42
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla