Yuxarı

Bəs, Ərdoğan niyə belə yapdı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstutisiya Məhkəməsi, Tvitter və hüquqa hörmət prinsipi

Bu gün Türkiyə Baş naziri Ərdoğan, riyakarlıqdan və təqiyyədən uzaq, Avropa İttifaqına Türkiyənin namizədliyi baxımından olduqca vacib sözlər deyib: "Konstitusiya Məhkəməsinin qərarına hörmət bəsləmirəm. Tvitter məsələsi də ticari bir işdir, bunun söz azadlığı ilə əlaqəsi yoxdur". Əslində hər siyasətçi 21-ci əsrdə bu sözü demə cəsarətini özündə görməz. Bəlkə də haqlıdır?!

Məhkəmə nəzarəti bir cəmiyyətdə gedən proseslərin hüquqiliyini yoxlayan mexanizmdir; hüququn aliliyi və mühafizəsi onunla həyata keçirilir. Məhkəmə hüququn nə olduğunun ən son deyildiyi yerdir. Məhkəmələrin də səhv etmə ehtimalı nəzərə alındığına görə, onlar arasında da bir dərəcələnmə olur; ölkəyə görə ən yuxarı məhkəmə ya Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsi olur.

Qanunvericiliyin tanıdığı hüquqlar müxtəlifdir, bunların ən alisi də insan hüquqlarıdır. İnsan hüquqları şəxsin öz azadlığının həyata keçirməsinin vasitələridir. İnsan hüquqları ən yüksək qoruma dərəcəsinə sahib olur, siyasi iqtidarlar da buna hörmət bəsləməlidirlər. İnsan hüquqları bu qədər vacibdir ki, bunların qorunması Avropa ölkələrində Konstitusiya Məhkəmələrində olur.

Terri Devisi azərbaycanlılar unutmayıb, onun bir sözü çox xoşuma gəlir. Ağsaqqal AŞ Baş katibi Devis demişdi ki, "İnsan hüquqları arasında iyerarxiya yoxdur; amma olsaydı, bu iyerarxiyanın ən üstündə söz azadlığı olardı". Yəni deyir ki, "tvitter-mvitteri" və bənzər şeyləri digər azadlıqlardan üstün sayardım. Amma Terri Devis kimdir ki? Pis kafir, əxlaqsız avropalı. O nə bilər ki, "milli əxlaq" nədir? Axı bu Tvitter-mvitter insanın özəlinə girir, özəlinə!

Əslində, Konstitusiya Məhkəməsi həmişə uğurlu qərarlar vermir. Mənim 40 yaşım var, hüquq elmini 22 ildir öyrənirəm, nadir hallarda da olsa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını çox da uyğun, ya da yerinə düşməyən görürəm. Amma mən alimlik dərəcəsində sahib olduğum hüquq təhsilim ilə AİHM hakimlərinin qərarları haqqında "yersiz" deyə bilsəm də, o insanların ağlına və yaşına əlbəttə ki, hörmət göstərirəm. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarını bəyənməsəniz belə, onun haqqında "hörmət göstərmirəm" sözünü işlətmək çox da düzgün bir ifadə tərzi deyildir - nə hüquqi, nə də siyasi baxımdan. Ürəyinizdən keçsə belə, deməyin!

Gələk Tvitterin söz azadlğına dair məsələ olub-olmadığına. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və İCCPR 19-cu maddəsində tənzimlənmiş bu hüquq milli sərhədlərə bağlı olmadan, istənilən növ məlumatı, istənilən vasitə ilə (TV, radio, qəzet, internet, faks v s.) və formada (yazılı, sözlü, simvolla, pantomim, karikatur, heykəl, jestlə) qəbul etmə və yaymanı ifadə edir. Bu səbəblə Yer kürəsində az sayıda insan "mvitterin" söz azadlığına dair bir platform olmadığını iddia edə bilər. Bəs, Ərdoğan niyə belə yapdı?

Bəlkə də o hesab edir ki, Başbakanlıq və parlamentdə çoxluğa sahib olan partiyanın sədri olmaq qanun çıxarma səlahiyyəti verdiyi kimi, elmi əsasları və hüquqi yanaşmaları da yaratma imkanı tanıyır. Müasir hüquq sistemi və institutları Şərqdə və İslam mədəniyyəti tərəfindən yaradılmayıb - motorlu nəqliyyat vasitələrinin işlək qaydaları kimi! Patriotik yanaşıb, bunları inkar edib özünüzə xas "milli" institutlar yarada bilərsiniz, amma 3 təkərli avtomobil yüksək sürət ala bilməyəcəyi kimi, belə bir hüquq sistemi nə ədalət, nə inkişaf, nə də ki xoşbəxtlik gətirə bilər. Sirr deyil ki, miqrasiya edən insanlar yaşamaq üçün Qərb ölkələrini seçir, milli olanları deyil.

Yeni təkər icad edə bilərikmi? Əslində, bu sualın cavabının "yox" olduğunu hamı bilir, amma məqsəd qütbləşmə, nifrət toxumu üzərində ictimai hərəkətlənmə yaradıb, o dalğanın dağıdıcı enerjisi ilə zorba xilafət qurma olanda, müxtəlif çaplı qış şinlərin ortaya çıxması mümkündür.

Aktual.az

Tarix
2014.04.05 / 00:46
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla