Yuxarı

ATİB nurçuları “marginal qrup” adlandırdı – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" saytında yayımlanan "Nurçuların Azərbaycandakı müdhiş biznes şəbəkəsi" adlı materiala cavab olaraq Azərbaycan-Türkiyə İş Adamları Birliyi redaksiyamıza bəyanat göndərib. ATİB ölkəmizdə gördüyü işlər və fəaliyyəti barədə məlumat verdikdən sonra adının "marginal qruplarla" birgə hallanmasıyla razılaşmır və bəyanatın dərcini xahiş edir.

ATİB-in mövqeyini olduğu kimi təqdim edirik:

"Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 2014-cü ilin aprelində yaranmasının 10 ili tamam olan Azərbaycanın ən böyük biznes assosiasiyalarından biridir. ATİB-in əsas məqsədi Türkiyə ilə Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin gücləndirilməsi, ölkələrimizin zəngin iqtisadi potensialının qarşılıqlı olaraq tanıdılması və hər iki ölkənin sosial-iqtisadi əməkdaşlığını genişləndirəcək ortaq layihələrin həyata keçirilməsidir. Bu çərçivədə ATİB iqtisadi mövzuda konfranslar və seminarlar təşkil etmiş, iqtisadi tədqiqatları, təhsil sahəsində birgə təşəbbüsləri və qarşılıqlı işgüzar səfərləri dəstəkləmiş, ictimaiyyətdə maraqla qarşılanan iqtisadi mövzulu EcoVision jurnalının və kitabların çapını gerçəkləşdirmişdir.

Bütün bu fəaliyyətlərində ATİB Türkiyə və Azərbaycanın dövlət və hökumətləri ilə qarşılıqlı əməkdaşlığa və koordinasiyaya xüsusi önəm vermişdir. Hər iki ölkənin nazirlikləri, parlament nümayəndələri və səfirləri ilə keçirilən müntəzəm görüşlərdə birgə layihələr və hər iki ölkənin ortaq fəaliyyət imkanları müzakirə olunmuşdur. ATİB həmçinin Azərbaycanda fəaliyyət göstərən Türk iş adamları ilə Azərbaycanın hökumət nümayəndələrinin vaxtaşırı görüşlərini təşkil etməklə və hökumətə yazılı təkliflər göndərməklə ölkədəki biznes mühitinin daha da təkmilləşməsinə davamlı töhfələr vermişdir.

ATİB olaraq Türkiyə və Azərbaycan dövlətlərinin ortaq məsələ olan erməni yalanlarının ifşasına yönəlik fəaliyyətlərinə dəstək məqsədiylə Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) təşəbbüsünü gerçəkləşdirmişik. Bu çərçivədə hər iki ölkənin tarixçilərinin ciddi arxiv araşdırmaları ilə tarixi həqiqətləri ortaya çıxarmasına və hər iki ölkəyə qarşı təbliğat aparan erməni lobbistlərinə elimi əsaslandırılmış tutarlı cavablar verilməsinə nail olmuşuq.

ATİB regionda yaradılan ilk beynəlxalq qeyri hökumət təşkilatı olan Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) təsisçisi olmaqla yanaşı, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Qlobal Saziş təşəbbüsündə də (UN Global Compact) ölkələrimizi və bölgəmizi uğurla təmsil etmişdir. Müxtəlif beynəlxalq layihələrdə və tədbirlərdə aktiv iştirak edən ATİB ekspetləri regional iqtisadi inteqrasiya, qarşılıqlı ticarət və investisiya münasibətləri, yaşıl iqtisadiyyat və yaşıl biznes kimi mövzularda Türkiyə və Azərbaycanın həm təcrübələrini, həm də perspektivlərini beynəlxalq auditoriyalara çatdırmışlar.

Türkiyə və Azərbaycanın sosial-iqtisadi baxımdan güclənməsi və ortaq layihələrin gerçəkləşməsi üçün 100-ə yaxın üzv şirkətimizin təmsilçisi kimi ATİB İdarə heyəti və Katibliyi olaraq hər iki ölkənin dövlət və hökumətləri ilə dövlətçilik prinsipləri və strateji dövlət maraqları çərçivəsində bütün səylərimizi birgə göstərmişik.

Bu zaman bütün siyasi, dini və etnik qruplardan və maraq dairələrindən eyni məsafədə olmağa və fəaliyyətimizdə yalnız Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi və dövlətçilik prinsiplərini əsas götürməyə xüsusi önəm vermişik.

Bütün bunları nəzərə aralaq Azərbaycanın bəzi media orqanlarında son günlər ATİB-in adının bəzi "marginal qruplar"la bərabər hallandırılmasını həqiqətdən və obyektivlikdən uzaq olan jurnalist təxəyyülünün məhsulu kimi qəbul edir və pisləyirik".

Xatırladaq ki, "Nurçuların Azərbaycanda müdhiş biznes şəbəkəsi" adlı araşdırmada daxil olan mənbəyə əsasən ATİB-in də bu şəbəkəyə aid olduğu vurğulanırdı.

Tarix
2014.04.04 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla