Yuxarı

Martın 30-da yağan qara silahlar səbəb olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Martın 30-da yağan qar təbii hadisə idi. Bunu hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqələndirmək düzgün deyil".

Bu sözləri "Axar.az"a İqlim dəyişmələri və ozon mərkəzinin direktoru Gülmalı Süleymanov mart ayının 30-da hava şəraitinin hansısa silahın sınaqdan keçirilməsi səbəbilə pisləşməsi xəbərinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, martın sonu üçün belə hava şəraiti ilk deyil: "1971-ci ildə də belə bir hadisə olmuşdu. Bu, mayda da ola bilər. Çox az hallarda olan təbiət hadisəsidir. Ancaq baş verməsində heç bir qeyri-təbiilik yoxdur".

Ekspert qeyd edir ki, hansısa silahın sınaqdan keçirilməsi zamanı bu qədər böyük ərazidə havanın kəskin şəkildə aşağı düşməsi mümkün deyil: "Elə güclü silah yoxdur ki, 3 ölkənin ərazisində havanı tamamilə dəyişəcək gücdə olsun. Martın 30-da Gürcüstanda, Rusiyanın bir çox hissəsində də hava kəskin dəyişmişdi. Hansısa sınaqdan keçirilən silah bu qədər böyük ərazinin iqliminə təsir edə bilməz".

G.Süleymanov bildirir ki, vaxtilə dolu buludlarının dağıdılması üçün silahlardan istifadə edilib: "Ancaq elə hallarda kiçik bir ərazidə yağıntı ola bilər. Silahla havaya edilən müdaxilə kiçik miqyaslı olur".

Qeyd edək ki, martın 30-da ölkədə havaların anidən pisləşməsi hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqədar olduğu iddia edilir. Məlumata görə, belə bir "təbii prosesi" yaratmaq üçün silahlardan istifadə olunub. Qarın yağması ilə paralel olaraq ildırımın çaxması müşahidə olunmayan hadisədir.

Tarix
2014.04.04 / 19:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla