Yuxarı

Hər il 2 milyard manat hara gedir? – Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onların xərci o qədər çox olur ki, müqavilələrdən tutmuş xırda sənədlərə qədər bütün dövriyyəni gizlədirlər".

Bunu "Axar.az"a "qara mühasibatlılığ"ın səbəblərini izah edən hüquqşünas Eldar Qocayev bildirdi:

"Bu hallara təkcə bizim ölkədə deyil, dünyanın bir çox, xüsusən də keçid dövrünü uzadan ölkələrdə və köhnə kolonial dövlətlərdə rast gəlmək olar. Qara mühasibatlıq kölgə iqtisadiyyatının bir elementidir. İkili mühasibatlılıq daha çox vergi sistemi və cəmiyyətdə gəlirlərin ədalətli bölüşdürülməsi ilə bağlıdır. Səbəbkar isə hər iki tərəfdir. Həm hökumət, həm də sahibkarların özüdür. Sahibkarları isə bu işə məcbur edən səbəblər var. Bu onların sıxışdırılmasıdır. Onların xərcləri o qədər çox olur ki, müqavilələrdən tutmuş xırda sənədlərə qədər bütün dövriyyəni gizlədirlər. Həmçinin maaşları da aşağı göstərirlər. Bu isə sosial ödənişlərdən yayınmaq xarakteri daşıyır. Məqsəd vergini az ödəmək istəmələridir. Baltikyanı ölkələri çıxmaq şərti ilə digər keçmiş SSRİ ölkələrində qara mühasibatlıq sistemi hələ də qalmaqdadır".

Ekspert hesab edir ki, problemin həll edilməsi üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir: "Sahibkarlar düşünür ki, işçinin maaşını gizlətməklə ona yaxşılıq etmiş olur. Bu yaxşılıq sadəcə qısa müddətli ola bilər. Əslində isə bu, xeyli qısa müddətli olur. Amma sahibkarın əməkhaqqını gizlətməsi həm cəmiyyətin inkişafına, həm də işçinin pensiya təminatına xeyli zərər vurur. Problemi inzibati yolla həll etmək mümkün deyil. Bunun üçün sosial əsaslar yaradılmalıdır. Sahibkara hansısa güzəştlər edilməlidir. Bu gömrük, vergi və başqa sahələrdə ola bilər. Əgər iş adamından həm tələb etsək, həm də müxtəlif sahələrdə sıxsaq, o zaman onlar yeni yollar axtarmağa məcbur olacaqlar".

Vergi mədəniyyəti təşviq edilməlidir

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, "qara mühasibatlığ"ın mövcud olmasının əsas səbəbi qanunvericilikdəki boşluqlardır:

"Bu məsələdə konkret kimisə təqsirləndirmək çətindir. Hesab edirəm ki, ilk olaraq ölkədə vergi ödəyicisi mədəniyyəti formalaşdırılmalıdır. Bunun üçün isə müxtəlif tədbirlər, maarifləndirici seminarlar keçirilməlidir. Digər məsələ qanunvericilikdədir. Vergi qanunvericiliyində onlarla bir-birini təkzib edən, bir-birini vuran maddələr var. İnsanların anladığı dildə yazılan vergi məcəlləsi qəbul edilməlidir. Azərbaycan neftdən külli miqdarda gəlir əldə edir və buna görə də vergi dərəcələri azaldılmalıdır, bu isə öz növbəsində sahibkarların işə maraqla yanaşmasına şərait yaradacaq. Neft gəlirləri azalarsa, az-az vergi uçot dərəcələrini artırmaq olar".

Ekspert hesab edir ki, ikili mühasibatlığın qarşısını almaqla vergilərdən büdcəyə olan daxilolmaların miqdarı 60%-ə qədər arta bilər: "Hesab edirəm ki, vergi və gömrük sistemində problemlər aradan qaldırılarsa, bu, büdcəyə təxminən 60% gəlir gətirəcək. Azərbaycanın bu problemləri aradan qaldırmaq üçün potensialı olduğunu düşünürəm".

Xatırladaq ki, müstəqil ekspertlərin apardıqları tədqiqatlar nəticəsində ötən il müxtəlif şirkətlərin apardığı ikili mühasibatlıq əməliyyatlarının dövlət büdcəsinə 2 milyard manat ziyan verdiyi aşkarlanıb. Həmin pullar Dövlət Sosial Müdafiə Fonduna köçürülməlidir.

Tarix
2014.04.04 / 18:12
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla