Yuxarı

“Türkiyənin Rusiyadan niyə qorxduğunu başa düşürəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Azərbaycan siyasətini bəyənməsəm də, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini yüksək qiymətləndirirəm".

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Q.Həsənquliyev Azərbaycanın Türkiyədən umacağının çox olduğunu bildirib:

"Çünki onlar bizim qan qardaşlarımızdır. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycan torpaqlarının işğal altında qalmasına öz torpaqlarının işğal altında qalması faktı kimi yanaşmalıdır. Güclü Azərbaycan həm də güclü Türkiyə deməkdir".

Qüdrət Həsənquliyev açıqlamasında Türkiyənin Rusiyadan qorxusunu başa düşdüyünü də qeyd edib: "Əgər ABŞ-ın qarant durduğu Ukrayna torpaqlarını Rusiya işğal edirsə və super dövlət ləyaqətinin bu şəkildə alçaldılması ilə barışırsa, bu halda Türkiyə də Qarabağın işğalı ilə barışmaq zorundadır. Bütün bunlara anlayışla yanaşsam da, heç bir halda Ərdoğanın Ermənistanla ticarət əlaqələrini genişləndirməsini qəbul edə bilmərəm".

BAXCP sədri Baş nazir Ərdoğanın səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın genişləndiriliməsi barədə müzakirələrin aparılmasını arzuladığını vurğulayıb. Millət vəkili eyni zamanda qeyd edib ki, Türkiyə nüvə dövlətinə çevrilməlidir və Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir:

"NATO artıq qeyri-ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir. Gələcəkdə Türkiyə təhdid olunarsa, ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz".

Tarix
2014.04.04 / 16:24
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla