Rusiya əhalisi azalmaqda davam edir
01:12
Ana səhifə Gündəm |
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev "Şərəf" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tarix
2014.04.04 / 16:07
|
Müəllif
Axar.az
|