Yuxarı

Türkiyə ilə hərbi müqavilə imzalanacaqmı? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər belə tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Türkiyəylə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanmasına inanmadığını bildirib:

"Hərbi tərəfdaşlıq haqqında müqavilənin imzanlanacağını güman eləmirəm. Ola bilər ki, nə isə olsun. Amma Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqavilə hələ iki il əvvəl imzalanıb. Bundan o tərəfə heç nə olmayıb. Bunun da səbəbləri var. Səbəblərdən biri odur ki, Türkiyənin NATO ölkəsi olaraq qarşısında müəyyən öhdəlikləri var. NATO-nun üçüncü ölkələrlə geniş diapazonlu əməkdaşlığı üçün alyans ilə anlaşması olmalıdır. Bu gün belə bir anlaşmanın olmasının əlamətləri görünmür. Türkiyə ilə NATO arasında belə bir anlaşma var ki, məhz alyansın həmin funksiyasını o yerinə yetirir. Ola bilər, yanılıram. Amma mən bu əlamətləri görmürəm. Ona görə belə bir şey mümkün deyil".

Politoloq müqavilənin imzalanmasında əsas problemin Azərbaycanın yürütdüyü balanslı siyasətlə bağlı olduğunu qeyd edib:

"Azərbaycan tərəfi balanslaşdırılmış siyasət yürütməklə çalışır ki, heç bir tərəflə müqavilə bağlamasın. Mən hələ bilmirəm hansı daha önəmlidir. Amma hər halda hər iki tərəfdə bu niyyəti görmürəm. Hansısa silah alış-verişi barədə və yaxud strateji tərəfdaşlıq haqqında müqavilənin inkişafı üçün memorandum imzalana bilər. Amma Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlıq kimi ciddi bir sənədin imzalanacağına inanmıram. Əgər belə bir tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi".

Qeyd edək ki, dünən bəzi ekspertlər Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanacağını bildirmişdilər.

Tarix
2014.04.04 / 15:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla