Ana səhifə Toplum |
Ötən il ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə ölkə üzrə 310 aptekdə yoxlamalar aparılıb.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən
verilən xəbərə görə, yoxlamalar zamanı xüsusi razılıq sənədi
(lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek
aşkarlanıb və fəaliyyəti dayandırılıb. Bundan əlavə, 11 əczaxanada
reseptlə buraxılması zəruri olan preparatların reseptsiz
buraxılması və yetkinlik yaşına çatmayanlara dərmanların satılması
faktları Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən
qeydə alınıb. Həmin apteklərə cərimə protokolları yazılıb.
Həmçinin keçirilən reydlər nəticəsində 8601 qutu Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlıq haqqında analiz protokolları olmayan, 65 qutu isə istifadə müddəti bitmiş dərman aşkarlanaraq müsadirə edilib.
Tarix
2014.04.04 / 11:50
|
Müəllif
Axar.az
|