Yuxarı

Ziya Məmmədov kurs açır - Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci ildə I Bakı Avropa Oyunlarına kimi nəqliyyat xidməti sahəsində bir sıra yeniliklər baş verəcək".

"Axar.az" xəbər verir ki, bunu "Aznews.az"a açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib. O bildirib ki, bu işlər Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçiriləcək və bununla bağlı tədbirlər planı hazırlanıb. Onun sözlərinə görə, bu məqsədlə Xidmət tərəfindən xüsusi sürücü bazası da yaradılacaq: "Paralel olaraq, müfəttişlər xüsusi peşə etikası ilə bağlı təlimlərə cəlb olunacaqlar. Bunun üçün Nəqliyyatı Xidməti yanında kurslar da açılacaq".

N.Həsənov əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyində aparılan dəyişiklikdən sonra qurumda nöqsanlara yol verən müfəttişlərin sayı həddindən artıq azalıb: "Əvvəlki vaxtlara nisbətdə ötən ay müfəttişlərlə bağlı şikayətlərin sayı kəskin şəkildə aşağı olub və dərhal günahkar tərəf öz cəzasını alıb".

Nazirlik rəsmisi sürücülərlə nəqliyyat müfəttişləri arasında baş verən insidentlərdə günahkar tərəfin əksər hallarda sürücülər olduğunu da deyib: "Onlar qanunu qoruyur. Müfəttişlər sürücüləri döymür, öldürmür, söymür. Sürücülər sənədlərini təqdim etsələr, heç bir insident baş verməz. Lakin çox vaxt bunun əksi olur. Belə olan halda müfəttişi nə etməlidir? Necə ki, Dövlət Yol Polisi əməkdaşı avtomobili saxladığı zaman sürücünün sənədərini tələb edir, eyni iş bizim əməkdaşlar tərəfindən də həyata keçirilir. Sadəcə olaraq sürücülər qaydalara riayət etməlidirlər".

N.Həsənov bir daha taksi fəaliyyəti ilə məşğul olan sürücüləri lisenziya almağa çağırıb: "Biz onlardan başqa heç nə tələb etmirik".

Tarix
2014.04.04 / 11:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla