Yuxarı

Gürcü səfir BTC-nin Rusiya nəzarətinə keçməsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-Tiflis-Ceyhan neft kəməri ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur".

Bu sözləri "Axar.az"a açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirinin birinci müavini Axa Abzaladze deyib.

O, Cənubi Osetiyanın işğalından sonra həqiqətən Bakı-Tiflis-Ceyhan xəttinin bir hissəsinin nəzarət olunmamış torpaqların yaxınlığında yerləşdiyini bildirib:

"Doğrudur, Cənubi Osetiyada rus orduları yerləşir və bu ərazilər işğal edilib. Amma buna görə narahat olmağa dəyməz. Çünki bu, beynəlxalq layihədir. Beynəlxalq layihə isə hər zaman nəzarətdə saxlanılır. Buna görə heç bir narahatlığa ehtiyac yoxdur. Bakı-Tiflis-Ceyhan neft kəməri ilə bağlı heç bir təhlükə olmayacaq".

Qeyd edək ki, dünən rus qoşunlarının Cənubi Osetiya "sərhəd"ində müxtəlif bannerlər yerləşdirdiyi haqqında informasiya yayılıb. Orçosanı və Xurveleti kəndlərinə təmas xəttində düzülən həmin stendlərdə gürcü, rus və ingilis dillərində bildiriş yazıları əks olunub. Beləliklə, faktiki olaraq hazırda həmin otlaq ərazi və bu məkanda yaşayan əhalinin evləri rusların nəzarətinə keçib. Həmin bannerlərin Cənubi Osetiya tərəfindən isə Bakı-Tiflis-Ceyhan neft kəmərinin bir hissəsinin keçdiyi bəlli olub.

Tarix
2014.04.04 / 10:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla