Yuxarı

Ərdoğan Bakıdan Gülənə qarşı yardım istəyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bağlı qapılar arxasında Prezident İlham Əliyevlə Baş nazir Ərdoğan arasında Gülən hərəkatı ilə bağlı fikir mübadiləsi olacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçirilən bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana rəsmi səfər etməsini şərh edərkən deyib.

Ərdoğan Bakıya sənədlərlə gəlir

O, bağlı qapılar arxasında Fətullah Gülən məsələsinin müzakirə ediləcəyini bildirib:

"Düşünürəm ki, əsas iki məsələ müzakirə obyekti olacaq. Bunlardan birincisi Dağlıq Qarabağ məsələsidir ki, birgə hərəkət planı müzakirə olacaq. İkincisi isə Gülən hərəkatı ilə bağlı olacaq. Ərdoğan seçkilərdən sonra Gülən hərəkatına qarşı daha sərt olacağını açıqlamışdı. Ola bilsin, bu yaxınlarda müəyyən iş adamlarının həbsinə başlanıldı. Yadınızdadırsa, o, çıxışlarında bir neçə dəfə Azərbaycanın adını xatırlatmışdı. Bu baxımdan fikirləşirəm ki, bağlı qapılar arxasında Prezident İlham Əliyevlə Baş nazir Ərdoğan arasında fikir mübadiləsi olacaq. O da mümkündür ki, Ərdoğan əlində olan hansısa faktları, sənədləri Azərbaycan tərəfinə təqdim etsin".

Politoloq Ərdoğanın Azərbaycan tərəfinə Gülən hərəkatı ilə bağlı hansı sənədlərin təqdim edilə biləcəyi barədə də ehtimallarını səsləndirib:

"Dəqiq hansı siyahı və bu siyahıda kimlərin olmasını demək mümkün deyil. Amma onları təxmin etmək mümkündür və son prosesləri izləyən hər kəs bir təxmini siyahı düşünə bilər. Nurçular Azərbaycanda şəbəkə formalaşdırıblar, dövlət pulunu mənimsəyiblər, məktəblərindən gələn gəlirlərin hansı istiqamətə getdiyi hələ də bəlli deyil. Türkiyə kəşfiyyatının əlində bununla bağlı kifayət qədər material var və bunlar da Azərbaycan tərəfinə təqdim olunacaq".

Nurçuların məktəblərinin taleyi müzakirə olunacaq

Elxan Şahinoğlu Ərdoğanın Gülən şəbəkəsinə aid məktəblərin də müzakirə obyektinə çevirəcəyini qeyd edib:

"Bilirsiniz, bu məsələnin özü hələ Türkiyədə sual altında qalır. Ərdoğan Azərbaycandan xahiş edə bilməz ki, Araz kurslarını və digər yerləri bağlasın. Etiraf etmək lazımdır ki, bu kurslar, məktəblər yüksək təhsil verir. Amma onu da etiraf etmək lazımdır ki, bu təhsil də pulsuz deyil. Söz yox ki, əgər Türkiyə tərəfinin Azərbaycanda olan şəbəkəyə aid universitet və digər yerlərin pulları naməlum istiqamətə ötürmələri, bunlarla müxtəlif yerlərdə zərərli fəaliyyət göstərmələri haqqında məlumat varsa, o zaman mütləq tədbirlər görüləcək. Türkiyədə bu qalmaqallar başlayanda gördük ki, Qafqaz Universiteti dərhal Dövlət Neft Şirkətinin nəzarətinə keçdi. Bu sual hələ də açıq qalır ki, Qafqaz Universitetinin SOCAR-a nə aidiyyəti var?

Düşünürəm ki, Ərdoğan bu sualı da ortaya ata bilər. SOCAR-la bağlı digər müəyyən şeylər var ki, onlara da bu görüşdə aydınlıq gətiriləcəyini düşünürəm".

Tarix
2014.04.03 / 22:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla