Yuxarı

Leyla Əliyeva Moskvada sərgi açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi açılmışdır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak edirlər.

Reza Deqati dünya şöhrətli fotojurnalistdir. O, son 30 ildə dünyanın bütün qitələrini gəzib dolaşaraq, hər bir ölkədə insanların həyatını müxtəlifliyi ilə fotoaparatın yaddaşına köçürür. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" və digər layihələri dünyada məşhurdur. O, Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin sahibidir.

Tanınmış fotojurnalistin Azərbaycana marağı 1987-ci ildən yaranmışdır. 1997-ci ildə Reza Deqati bir neçə ay Azərbaycanda yaşamış, Odlar Yurdunu qarış-qarış gəzmiş, hər bölgədə sadə insanların həyatını, adət-ənənələri öyrənərək əbədiləşdirmişdir.

"Azərbaycan. Tolerantlıq məkanı" sərgisi ilk dəfə 2013-cü ilin noyabrında Parisdə keçirilmişdir. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdi.

Moskvada təşkil olunmuş sərgidə Reza Deqatinin 26 foto əsəri - əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkillər nümayiş etdirilir.

Reza Deqatinin foto işləri Azərbaycanın timsalında müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının mümkünlüyünü sübut edir. (AzərTac)

Tarix
2014.04.03 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla