Yuxarı

Sergey Lavrov ABŞ-la bağlı Türkiyəyə xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ hərbi gəmilərinin Qaradənizdə qalma müddətinin bitdiyini və Montrö konvensiyasının pozulduğu barədə Türkiyə və ABŞ-a xatırlatma edib.

"Axar.az" xəbər verir ki, Lavrov məsələ ilə bağlı açıqlamasında Qara dənizdə sahili olmayan ölkələrin bu sularda üzmələri barədə vaxt meyarının olduğunu və ABŞ hərbi gəmilərinin bu qaydaları pozduğunu bildirib.

Nazir həmçinin Rusiya tərəfinin məsələyə mövqeyini qeyd edib: "Biz bu məsələdə Türkiyə və ABŞ-a Montrö müqaviləsinin bütün maddələrinin pozulduğunu bildirdik. Moskva bu müqavilənin bütün maddələrinin qəti şəkildə yerinə yetirilməsinin tərəfdarıdır. Biz bu məsələni gündəmdə saxlayacağıq".

Rusiya mətbuatının yazdığına görə, Amerikanın döyüş gəmiləri 6-7 mart tarixlərində Qara dənizə daxil olub və bir həftə sonra gəminin qalma müddəti martın 21-nə kimi uzadılıb.

Xatırladaq ki, Gürcüstan böhranı ərəfəsində də belə bir problem yaşanmışdı. Sergey Lavrov Türkiyənin sabiq Xarici işlər naziri Əli Babacanla görüşü zamanı məsələni müzakirə edərək, razılığa gəlmişdi.

Tarix
2014.04.03 / 20:13
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla