Yuxarı

Şəkidə avtomobil körpüdən çaya düşdü: 1 ölü, 4 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə saat 18.00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Sin çayı üzərindəki körpüdən aşağı düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.04.03 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla