Yuxarı

10-cu sinif şagirdini öldürən 4 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən dörd nəfər tutulub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gün rayonun Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevin qətlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü, Ceyranbatan Peşə Liseyinin tələbəsi Fuad Mehman oğlu Heydərov, 1996-cı il təvəllüdlü Abbas Yaşar oğlu Abbaslı, 1996-cı il təvəllüdlü Nurlan Zülfüqar oğlu Dünyamalıyev, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Elsevər Fərman oğlu Məmmədov saxlanılıblar.

Polisdən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən daha bir nəfərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Binəqədi Rayon Polis İdarəsindən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.

Tarix
2014.04.03 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla