Yuxarı

Terminallarda ödənilən artıq pullar hara gedir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ödənilən artıq məbləğ balansa yüklənir və növbəti ay üçün hesablanır".

Bunu "Axar.az"a "Komtec LTD" MMC-nin telefon mərkəzinin təmsilçisi Nəzrin Həsənova bildirdi. Qurum təmsilçisi MMC-nin ticarət nişanı olan "MilliÖn"ün getdikcə təkmilləşdirildiyini deyir:

"Doğrudur, hazırda bizim terminallarında qəpik və ödənilən məbləğin qalığının qaytarılması mümkün deyil. Amma ödənilən artıq məbləğ balansa yüklənir və növbəti ay üçün hesablanır. Amma yaxın gələcəkdə bu funksiya da olacaq. Bəzi terminallar tamamilə dəyişdiriləcək, bəzilərinə isə əlavələr ediləcək".

N. Həsənova Dövlət Yol Polisinin cərimə etdiyi vətəndaşların ödəməli olduğu cərimələrin hesaba keçirilməsi zamanı yaranan qəpik və ya qalıq probleminin necə həll edilməsi ilə bağlı suala qısa cavab verdi: "Bizdə bu tipli xidmətlər üçün ödəniş mümkün deyil".

Özlərinə əziyyət vermək istəmirlər

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı Radil Fətullayev isə hesab edir ki, ödəmə terminallarında qəpik və qalıq probleminin mövcudluğu həmin sistemə nəzarət edən şəxslərin özlərinə əziyyət vermək istəməməyi ilə bağlı ola bilər: "Bu, sırf texniki məsələdir. Hesab edirəm ki, onlar özlərinə əziyyət vermək istəmədikləri üçün bu sistemi təkmilləşdirmirlər. Onsuz da ödəmə terminalları çoxdur və qəpiklərin sayılması daha çox vaxt itkisi hesab edilir. Bütün bunlar üçün mexanizm işləyib hazırlamaq, proqram təminatını inkişaf etdirmək lazımdır".

Ekspert hesab edir ki, ödəmə terminallarında qəpik sisteminin işləməsi vətəndaşlar üçün heç də xüsusi əhəmiyyət kəsb etməyəcək: "Məncə, terminallarda qəpiyə keçilməsinin vətəndaşlar üçün o qədər də xüsusi əhəmiyyəti olmayacaq. Belə ki, hazırda 1 manatın əhəmiyyəti o qədər də böyük deyil və vətəndaşlar 1 manat əlavə ödəməyə məmnuniyyətlə razıdırlar".

Hazırda Azərbaycanda, xüsusən də Bakıda 2 şirkətin nəzarətində olan ödəmə terminalları fəaliyyət göstərir. Onlardan biri "MilliÖn", digəri isə "EManat" ticarət nişanıdır ki, birincisi təxminən 5 ilə yaxındır müştərilərə xidmət göstərir. Amma heç bir terminalda qəpiklə əməliyyat aparılmır və həmçinin ödənilən artıq məbləğ geri qaytarılmır.

Xatırladaq ki, ötən gün "Komtec LTD" şirkətinin açıqladığı məlumata əsasən, Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri "MilliÖn" ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq.

Tarix
2014.04.03 / 18:42
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla