Yuxarı

Ankarada seçkinin nəticələri dəyişə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Exit-poll-un hesabatına görə, Mansur Yavaş Melih Gökçeki 80.910 səslə üstələyir.

Türkiyədə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının Ankara Böyük Şəhər Bələdiyyəsi üzvlüyünə namizədi Mansur Yavaşın seçkilərin nəticələrinə etirazı hakim AKP-nin paytaxt bələdiyyəsini itirməsinə səbəb ola bilər. Aprelin 3-də seçki günü alternativ sayım keçirən şirkət Ankaradakı seçkilərin sonuclarını açıqlayıb. Hesabatda göstərilir ki, Melih Gökçek 1.189.450 səs, Mansur Yavaş 1.270.360 səs alıb, beləliklə də 80.910 səslə seçkini Mansur Yavaş qazanıb.

Bu rəqəm CHP-nin alternativ sayımı ilə üst-üstə düşür. Mansur Yavaş seçkinin nəticələri açıqlanandan sonrakı şikayətini aprelin 3-də yeniləyib. Səhər saatlarında Yüksək Seçim Qurumuna gələn Yavaş exit-poll-un nəticələrini, CHP-dən seçki komissiyası üzvlərinin protokollarını əlavə etdiyi ərizəsini təqdim edib.

Qurum rəhbərliyi ilə görüşəndən sonra Yavaş yerli medianın suallarını cavablandırıb: "Yüksək Seçim Qurumu başqanının "heç kim narahat olmasın, bütün sonucları dəyərləndirəcəyik" deməsi bizim üçün təminatdır. Ümid edirik ki, Ankarada seçki sonucları ilə bağlı tələbimiz ədalətli sonuca varacaq".

Mansur Yavaş onu da bildirib ki, YSQ-nin Ankaranın bəzi məhəllələrində səsləri təkrar sayması CHP-nin saxtalaşdırma ilə bağlı iddialarının əsassız olmadığını ortaya çıxarıb: "Ancaq bizim seçkinin nəticələri ilə bağlı digər etirazlarımız da var. Saxtakarlıq yalnız bizim deyil, digər partiyalara qarşı da edilib. Ümid edirəm ki, bu saxtakarlıqların hamısı aşkarlanacaq, Ankarada günlərdir öz səsləri uğrunda mübarizə aparan insanların haqqı yerdə qalmayacaq" (Musavat.com).

Tarix
2014.04.03 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla