Yuxarı

Lotu Qulinin qohumu həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterbuqrda kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, "Albert Rıjıy" ləqəbli sankt-peterburqlu kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinərək axtarışa verilən İlham Hacıyev dünən gecə paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində yaşadığı mənzildə saxlanılıb.

Əməliyyat zamanı kriminal aləmdə "Hamlet" adı ilə tanınan İlham Hacıyevin yaralandığı məlum olub. O, mənzilinin eyvanından qaçmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis əməkdaşları travmatik silahdan İ.Hacıyevə atəş açıblar.

Qeyd edək ki, Ə.Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətl kriminal aləmdə "qanuni oğru"lar arasında 2010-cu ildə başlanan savaşın davamı sayılır. Ə.Heydərovun qətlini məşhur kriminal avtoritet, 2013-cü ilin 16 yanvarında qətlə yetirilən Ded Xasana yaxınlığı ilə əlaqələndirirlər. "Albert Rıjıy" ləqəbli Ə.Heydərov Şimal-Qərbi Rusiyada Ded Xasanın maraqlarını müdafiə edirmiş. Bu səbəbdən onun Ded Xasanın düşmənləri ilə konflikt yaşadığı bildirilir.

Ə.Heydərovun qətlində şübhəli bilinən İ.Hacıyevin isə hazırda Türkiyədə gizlənən qanuni oğru Namiq Səlifov və onun qardaşı, uzun müddətdir Azərbaycanda həbsdə saxlanılan "qanuni oğru" Nadir Səlifovun qohumu olduğu bildirilir.

Tarix
2014.04.03 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla