Yuxarı

Bıçaqlanmış gənci klinika qan içində küçəyə atdı – Vəhşilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu Rəşid Behbudov küçəsində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şahidlərinin "Axar.az"a verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında baş verən hadisə zamanı təxminən 25-27 yaşlı gənc oğlan naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Ərazidə olanlar yaralını yaxınlıqdakı "Nihat Klinikası"na aparsalar da, klinika yaralını qəbul etməyib. Hadisə şahidləri bildirir ki, yaralını klinikaya aparıblar: "Klinikanın işçiləri yaralını heç içəri buraxmadı. Biz güclə də olsa, onu içəri saldıq, ancaq onlar xəstəni yaralı vəziyyətdə küçəyə atdılar. Xəstəni qan aparırdı. Yaraları çox olduğundan ayaq üstə dayana bilmirdi. Klinika işçiləri isə bildirdilər ki, onlarda cərrahiyyə şöbəsi yoxdur".

Hadisə şahidi deyir ki, klinika işçiləri heç yaralıya ilkin yardım da göstərməyib. Onlardan təcili yardıma zəng etmələrini istəsələr də, klinika işçiləri qapını arxadan üzlərinə bağlayıb. Yaralı gənci ətrafdakıların köməyi ilə maşına mindirərək xəstəxanaya aparıblar.

Tarix
2014.04.03 / 15:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla