Yuxarı

Xəzər TV: “Namussuzlar montajla subtitrləri dəyişib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hanısısa namussuz montajla subtitrləri dəyişib, etdiyi tərbiyəsizliyin məsuliyyətini də bizim üstümüzə atıb".

Bu sözləri "Axar.az"a açıqlamasında Xəzər TV-nin Xəbərlər Departamentinin redaktoru Vüsal Gözəlov telekanalda gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrinə əxlaqsız söz əlavə edərək sosial şəbəkələrdə yayılması məsələsinə aydınlıq gətirərkən bildirdi.

Redaktor qeyd etdi ki, mart ayının 29-da efirə gedən süjetlə bağlı təkzib aprel ayının 1-ində yayımlanıb: "Süjet gedən vaxt belə bir səhv olsaydı, mütləq kimsə görərdi. Süjet zamanı gedən subtitrdə heç bir səhv olmayıb. Bunu sonradan kimlərsə feysbukda hazırlayıb və paylaşıb. Daxili İşlər Nazirliyinə müraciət etməyimizə səbəb də budur".

V.Gözəlov bildirir ki, onlar şəkil feysbukda yayımlanandan sonra bu hadisədən xəbər tutublar: "Şəkilə diqqətlə baxsanız, montaj olduğunu hiss edərsiz. Arxiv kadrlarını da izləmişik. Süjetdə gedən subtitrlərdə heç bir səhv yoxdur. Bu tərbiyəsizliyi edən hər kimdirsə, buna görə cavab verəcək".

Qeyd edək ki, mart ayının 29-da, saat 20:30-da "Xəzər Xəbər"də efirə gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrində təhqiramiz ifadə yer alıb. Həmin gündən sosial şəbəkədə yayılan və bütün redaksiyalara göndərilən fotonun montaj olduğu barədə Xəzər TV-nin təkzibi yalnız bu gün yayılıb.

Tarix
2014.04.03 / 13:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla