Yuxarı

Rövnəq Abdullayevin ad günü ARDNŞ-ni bir-birinə vurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin doğum günüdür, şirkət rəhbərinin 49 yaşı tamam olur.

"Axar.az"ən əldə etdiyi məlumata görə, ARDNŞ prezidentinin doğum günü şirkətin öz daxilində yüksək səviyyədə qeyd edəcək.

Mənbə deyir ki, kollektiv R.Abdullayevin ad gününə xüsusi hazırlıq görüb, hədiyyələr hazırlanıb və lokal tədbir nəzərdə tutulub.

Tədbirin miqyasını öyrənmək üçün ARDNŞ ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətindən bu barədə hər hansı məlumat verə bilməyəcəklərini dedilər. Əvəzində Nizaməddin Quliyevin rəhbərli etdiyi şöbə ilə əlaqə saxlamağımızı məsləhət gördülər.

Rövnəq Abdullayevin ad günü ilə bağlı keçirilməsi nəzərdə tutulan şirkətdaxili tədbir üçün niyə məhz Nizaməddin Quliyevin şöbəsi ilə əlaqə saxlamağımızın məntiqini anlamasaq da, şöbə müdirinə müraciət etdik. Ancaq buradan bizi yenidən mətbuat xidmətinə yönləndirdilər.

Beləliklə, ARDNŞ-nin bir neçə şöbəsi ilə əlaqə qursaq da, yalnız bu cavabı aldıq: "Bu suala cavab verə bilmərik".

Tarix
2014.04.03 / 11:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla