Yuxarı

ABŞ-da hərbi bazaya hücum olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hərbi bazaya silahlı hücum olayı baş verib.

Dörd nəfər, o cümlədən hücum edən şəxs Fort Hud hərbi bazasında baş verən atışmada həlak olub. Bu barədə ordu bazasının komandiri general-leytenant Mark Milley bildirib. Milley azı 16 adamın yaralandığını xəbər verib.

Cinayət hadisəsi Texasda yerləşən nəhəng hərbi bazada baş verib. 2009-cu ildə burada ABŞ Ordusunda xidmət edən islamçı ekstremist 13 adamı öldürmüşdü.

Hadisə barədə ilkin məlumatlarda hücumun əsgər tərəfindən başqa əsgərlərə qarşı törədildiyi deyilir.

Fort Hood bazasının rəsmiləri ölən və yaralananların dəqiq sayını hələ açıqlamayıblar.

Bəzi yaralananların durumunun kritik olduğu deyilir.

Yüksək rütbəli ABŞ rəsmiləri hücumçunun İvan Lopez olduğunu deyirlər. Uniforma geymiş hücumçunun semi-avtomatik tapançadan istifadə etdiyinə inanılır.

Hücum günorta saat 4:30-da baş verib ("Amerikanın səsi").

Tarix
2014.04.03 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla