Yuxarı

Bakıdakı universitetlər hara köçəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyət Planı təsdiq olunduqdan sonra tədbirlərin icrasına başlanılacaq.

Ali məktəblərin paytaxtdan kənara köçürülməsi çoxdan gündəmdədir. Artıq dövlət rəsmiləri, bəzi vəzifəli şəxslər də ali məktəblərin paytaxtdan kənara köçürüləcəyini bir neçə dəfə bildiriblər.

Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir.

Universitetlərin köçürülmə prosesinə demək olar ki, başlanılıb. İlk olaraq Dövlət Neft Şirkətinə məxsus binada müvəqqəti yerləşən Ali Neft Məktəbi üçün yeni bina inşa olunub. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyi də ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı məlumatları təsdiqləyib. Nazirlikdən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır ("Modern.az").

Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.

Tarix
2014.04.03 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla