Yuxarı

Dünya Müharibəsindən qalma bomba partladı: 7 ölü, 20 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandın Banq-Xen bölgəsindəki bir dəmir-dümür dükanında 227 kiloqram ağırlığında olan İkinci Dünya Müharibəsindən qalma bomba partlayıb, nəticədə 7 adam ölüb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, dünən Taylandda günorta saatlarında bomba partlaması nəticəsində 5 adam hadisə yerində ölüb.

Ölənlərin bədənlərinin parçaları hadisə yerindən 200 metr uzaqdan toplanıb. 2 adam da aparıldığı xəstəxanada ölüb.

Təxminən 20 adam da yaralanaraq xəstəxanaya aparılıb. Partlayışa səbəb olan 227 kiloqramlıq bombanın İkinci Dünya Müharibəsindən qaldığı bildirilir.

Bir inşaat işçisi qazıntı zamanı tikinti sahəsindən ağır dəmir parçası tapıb. Nə olduğunu bilmədiyi dəmir parçasını dəmir-dümür dükanına satıb. Dükan sahibi də aldığı dəmir parçasının bomba olduğunu bilməyib. Bu parçanı qazlı odla kəsməyə çalışarkən bomba partlayıb.

Partlayış ərazidə 4 metr genişliyində və 3 metr dərinliyində çuxur açıb. Ətrafdakı evlər də partlayış nəticəsində ziyan görüb, bir çox evin pəncərələri qırılıb, divarları dağılıb.

Tarix
2014.04.03 / 08:50
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla