Yuxarı

Rusiya: “Gömrük İttifaqında Azərbaycanı görmürük”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rəqabətə davamlı bir ölkəyə çevrilib və Rusiya Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirir.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev çıxış edib.

Qalmaqallı Kreml rəsmisinin sözlərinə görə, Gömrük İttifaqının məqsədi yüksək texnologiyalı məhsulların hazırlanmasıdır. Ermənistanla bu yöndə reallaşdırıla biləcək məsələlər atom enerjisi, maşınqayırma və avadanlıq hazırlığı sahələrinin inkişafıdır.

Qlazyev Azərbaycanın Gömrük İttifaqına üzvlük məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda neft və neft məhsullarının təsirindən monoiqtisadi mühit formalaşıb. Bu, təbii ki, Azərbaycanın rəqabətə davamlı bir ölkəyə çevrilməsinə imkan yaradır. Bu sahədən əldə olunan gəlirlər ölkə daxilində sosial layihələrin həyata keçirilməsinə imkan yaradır. Rusiya Azərbaycanla bu sahə üzrə ayrılıqda, ikitərəfli əlaqələri onsuz da genişləndirməkdədir. Amma Gürcüstanla məsələ belə deyil".

Rusiya rəsmisi Gürcüstanın Gömrük İttifaqına üzlüyü perspektivinə toxunaraq davam edib: "Düşünürəm ki, əgər Abxaziya və Cənubi Osetiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini istəyirsə, Gürcüstan mütləq Gömrük İttifaqına üzv olmalıdır. Gürcüstan hələ də Avropa Birlyi ilə əlaqələrinin inkişafına səy göstərir. Məlumdur ki, Avropa Gürcüstandan Rusiyaya qarşı plasdarm kimi istifadə məqsədi güdür".

Tarix
2014.04.03 / 02:10
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla