Yuxarı

13 rəqəminin sirləri – siz də bilin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 rəqəminin uğursuz olması dünyanın bir çox ölkələrində o qədər geniş yayılıb ki, hətta insanların yaşayışına ciddi təsir edir. Təyyarə oturacaqlarında 13 rəqəmi yoxdur, 13 saylı mənzil , 13 saylı otel otaqlarına rast gəlməzsiniz.

Olsa belə, buna inanan insanlar həmin saylı otaq və ya mənzildən istifadə etmirlər.

"Axar.az" bildirir ki, Qərb ölkələrinin bir çoxunda bu artıq qorxu kimi qəbul edilib və buna "triskaidekaphobia" adı verilib.

Əsasən bu inancın kökü Həzrəti İsanın məşhur son yemək masasında əyləşən həvarilərinin sayından qaynaqlandığı sanılsa da, səbəb daha qədimlərə, mifoloji tanrıların yaşadığına inanılan çağlara, Skandinaviya torpaqlarına qədər gedib çıxır.

O zamanlarda işıq və gözəllik tanrısı Balder bir ziyafət verir. Balder Vikinqlərin məşhur tanrısı Odin ilə Friqqanın oğulları olub ay kraliçası Nannanın da yoldaşıdır. Bu ziyafətə 12 nəfər dəvət edilməsinə baxmayaraq, yalanların və hiylənin tanrısı olan Loki, dəvətli olmadığı halda məcburən 13-üncü şəxs kimi ziyafətə qatılmaq istəyir. Ancaq çıxan mübahisə zamanı o Balderi öldürür.

Bu mifoloji hekayə və inanc Avropaya yayılır və Həzrəti İsanın son yeməyinə uyğunlaşdırılır. Xristian versiyalarında Balder İsa peyğəmbər, Loki isə xain Cudas kimi dəyərləndirilir. Bu yeməkdən 24 saat sonra İsa peyğəmbər çarmıxa çəkilərək öldürülür. Bu səbəblərdən xristianlar bir yeməyə 13 nəfər qatılarsa, 13-cünün başına bir iş gələcəyindən qorxurlar.

Bu inanclara görə, 13 rəqəmi uğursuzdur, amma ayın cüməyə rastlayan 13-cü günü doğurdan da uğursuzdur. Lakin belə bir gündə doğulmusunuzsa, tam tərsi, 13 sizin uğurlu gününüzdür.

Tarix
2014.04.03 / 02:22
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla