Yuxarı

Kim neçə yaşında yazmağa başlayıb? – Sizin yazarlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq vaxtı çox insan nə isə yazmaq həvəsinə düşür. Bir müddətdən sonra bu həvəs ötəri olur və hər şey unudulur. Amma hər zaman deyil. Bəzən də uşaqlıq həvəsi kimi baxdığımız bu maraq sonradan gözəl və istedadlı yazıların əsərlərinin ortaya çıxmasına səbəb olur.

"Axar.az" olaraq bəzi yazarlarımızdan neçə yaşında yazmağa başladığını soruşduq.

Səni oxşamağa açılan əlim

Salam Sarvan ciddi hesab edə biləcəyi yaradıcılığa 20 yaşından başladığını dedi:

"Ciddi hesab edə biləcəyim yaradıcılığa 20 yaşımda başlamışam. İlk dəfə isə şeir yazmışam. İlk şeirimdən misranı xatırlayıram...

"Səni oxşamağa açılan əlim,
Elə hey yumulur vurmağa məni"".

İlk hekayəm "Ağ güllər" idi

Zümrüd Yağmurun sözlərinə görə, təqribən dördüncü sinifdən yazmağa başlayıb.

"Hələ lap balaca olandan gündəliklər yazırdım. Təqribən 4-cü sinifdən... Bəlkə də onları elə mənim ilk yazılarım kimi qəbul etmək olar? Amma belə hekayə kimi yazdığım yazı 7-ci sinifdə oxuyanda olub. Hətta indi həmin hekayənin adını da xatırlayıram, "Ağ güllər" idi. O illər SSRİ-də dəyişikliklər zamanı idi. Mən də gedən prosesləri anlaya bildiyim qədər izləyirdim. O qədər özümü qapdırmışdım ki, hətta "Kommunist" qəzetinə məqalələr belə yazırdım. Təbii ki, heç biri də dərc olunmurdu.

Amma indi ciddi yaradıçılıq saydığım yazıları təqribən 19 yaşından yazmağa başladım".

İlk şeirimi 8-ci sinifdə yazmışam

"İlk şeirimi 8-ci sinifdə yazmışam. Şeirlərim ilk dəfə 1990-cı ildə "Yol" qəzetində və "Ulduz" jurnalında çap olunub. 33-34 yaşından isə dövri mətbuatda çap olunmağa başlamışam".

"Nə gözəlsən sən, Vətən" olub

Kənan Hacı isə ilk dəfə məktəb illərində yazmağa başlayıb:

"2-ci sinifdən öz aləmimdə guya şeirlər yazırdım. Amma təbii ki, onlar şeir deyildi. Görünür, istedadın ilkin işartıları idi. İlk şeirim isə "Nə gözəlsən sən, Vətən" olub. Sonradan o cızmaqaraları cırıb tulladım. O şeirləri də Səməd Vurğunun, Süleyman Rüstəmin təsiri altında yazmışdım. İndi bəziləri köhnə dəftərlərdə qalır".

"Ana" haqqında şeir idi

Səhər Əhməd isə ilk şeirini on bir yaşında yazıb:

"İlk şeirimi dördüncü sinifdə oxuyanda, on bir yaşımda yazmışdım. "Ana" haqqında idi".

Futbol haqda yazmışdım

Yazar İlqar Fəhmi isə ilk dəfə futbol haqqında yazıb:

"Təxminən 1988-90-cı illərdə futbol çempionatı keçirilirdi. Elə ilk şerimi də 7-ci sinifdə oxuyanda futbol haqda yazmışdım".

Tarix
2014.04.03 / 08:00
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla