Yuxarı

Bakı, Qəbələ və Ağcabədidə yanğın olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Qəbələ, Ağcabədi və Bakıda yanğın hadisəsi baş verib.

"Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Seyidqışlaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyü və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan fermanın taxta və qamışdan ibarət dam örtüyü 12 kv.m sahədə yanıb. Yanğın zamanı fermada olan 3 baş xırda buynuzlu heyvan yanaraq tələf olub. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı taxta konstruksiyadan ibarət evin 1 otağı 6 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.04.02 / 23:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla