Yuxarı

Elnur Aslanovun kadrı Əli Həsənovdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm".

"Axar.az" xəbər verir ki, bu sözləri "Aktual.az"a müsahibəsində adı nurçu məmurların siyahısında çəkilən, AzTV sədri Arif Alışanovun kürəkəni, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov himayədarı kimi qələmə verilən Elnur Aslanovla bağlı suala cavab verərkən deyib:

"Ölkənin bu gün apardığı daxili və xarici siyasət dünyanın ən inkişaf etmiş ölkələrinin həsəd apara biləcəyi bir siyasətdir və prezidentin verdiyi hər hansı bir qərar qəti şəkildə müzakirə olunmamalıdır, yerinə yetirilməlidir. Çünki hər şeyin ən doğrusunu prezident bilir. Cənab prezident belə məsləhət bilibsə, demək, belə də olmalıdır. Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm".

Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova əvvəlki münasibətinin dəyişib-dəyişməməsi iıə bağlı suala icma sədri belə cavab verib:

"Mənim Əli müəllimlə münasibətim çox gözəldir. Əli müəllimə çox hörmətim var. Biz kiçiklər olaraq böyüklərə hörmət etməliyik və böyük-kiçik yerini bilməliyik. Əli müəllimlə üz-üzə gələndə bir böyük kimi ona ehtiramımı göstərirəm. Ümumiyyətlə, böyük-kiçik münasibətlərinə fikir vermək lazımdır. Dövlət rəsmilərindən, ağsaqqallarla, böyüklərlə istənilən insanla üz-üzə gələndə mən çox böyük hörmətlə salamlaşıram".

Tarix
2014.04.02 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla