Yuxarı

"Məmur oğluna ən ağır cəza istəyirəm"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, tarzən Ağasəlim Abdullayev prezidentdən məmur oğluna ən ağır cəza istəyib və bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə də aydınlıq gətirib.

"Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm. Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar".

Bunu ailəliklə avtomobil qəzasına düşən xalq artisti, tarzən Ağasəlim Abdullayev hadisənin günahkarı Xalid Mədətov barədə danışarkən bildirib.

"Gəlinimin burnu çox pis sınmışdı. Həmin sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir."

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. ("Modern.az")

Tarix
2014.04.02 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla