Yuxarı

NATO-dan Gürcüstana zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın NATO-ya üzv olması barədə danışmaq hələ çox tezdir.

Bu barədə alyansın baş katibi Anders Foq Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinin iclasında bəyan edib.

Rasmussen bu ilin iyun ayında NATO xarici işlər nazirlərinin Gürcüstan və digər ölkələrin alyansa üzv olması ilə bağlı prosesi növbəti dəfə nəzərdən keçirəcəyini deyib.

"Gürcüstandakı demokratiyanı dəstəkləyirik. Lakin bu ölkənin NATO-ya üzv olması barədə danışmaq hələ tezdir. NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv olması istiqamətində atdığı addımları dəyərləndiriləcək. Onu deyə bilərəm ki, əməkdaşlıq etmək üçün geniş imkanlarımız var", - deyə Rasmussen bildirib.

Baş katib Gürcüstandakı demokratik islahatları alqışlayıb və Gürcüstan hərbçilərinin NATO-nun hərbi əməliyyatlarında iştirak etdiyinə görə rəsmi Tiflisə təşəkkür edib. (ANS)

Tarix
2014.04.02 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla