Yuxarı

Ukrayna kanalları bizim peyklə yayımlanacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynaya məxsus "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.

"Axar.az" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Tarix
2014.04.02 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla