Yuxarı

Azərbaycan özünü qorumaq üçün NATO-nu seçməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan ən azı öz suverenliyini qorumaq üçün NATO ilə əməkdaşlığa getməlidir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, dünən mediaya NATO-da müzakirə olunmuş sənədin belə asan sızdırılmasının inandırıcı olmadığını bildirib:

"Bu, inandırıcı görünmür. Azərbaycan həmişə Rusiya təzyiqindən ehtiyatlanaraq NATO ilə bəlli məsafə saxlayıb. Mümkündür ki, Moldova NATO ilə əməkdaşlığı genişləndirsin. Ermənistanda bu necə mümkün olacaq, təsəvvür edə bilmirəm. Çünki Ermənistan de-fakto Rusiyanın hərbi bazasıdır. NATO Ermənistanla əməkdaşlığı necə quracaq? Bu, bir az inandırıcı görünmür. Xüsusi ilə söhbət Ermənistanla əməkdaşlıqda ordunun zabitlərinin NATO tərəfindən hazırlığından gedirsə. Güman eləmirəm ki, Rusiya belə bir şeyə göz yuma bilər. Mənim fikrimcə, bu piar, siyasi texnologiya xarakterli sənəddir. O dərəcədə inandırıcı görünmür ki, NATO-da müzakirə olunmuş və haqqında qərar qəbul edilmiş sənəd belə asanlıqla mətbuata sızsın".

Politoloq NATO ilə əməkdaşlıqda əsas problemin Azərbaycanda olduğunu qeyd edib: "Mən keçmiş ABŞ səfiri Metyu Brayzaya konfransda hamı qarşısında sual verdim ki, Azərbaycan NATO-ya üzv olmaq istəsə, onu qəbul edərlərmi? Səfir də bir başa dedi ki, bəli. Azərbaycan-NATO əməkdaşlığında problem NATO-da deyil. Problem Azərbaycandadır. Azərbaycan hakimiyyəti NATO ilə yaxın əməkdaşlıq etmək istəmir. Bu istək görülmür. Məhz bu səbəbdən ki, NATO-nun əməkdaşlıq planı Azərbaycan tərəfindən artıq üçüncü dəfədir təkrar həyata keçirilir. Bu maraq görünmür. Problem məhz bundadır".

Azərbaycanın Rusiyanın təzyiqi qarşısında özünü müdafiə etməkdən ötrü NATO-nu seçə bilmə ehtimalı ilə bağlı suala gəlincə isə Ə.Oruclu sadəcə başqa seçimimizin olmadığını deyib: "Situasiyadan asılıdır. Məncə, sadəcə olaraq seçim yoxdur. Əgər Azərbaycana qarşı təzyiqlərə başlanıbsa və bu təzyiqlər çox ciddi istiqamətlərdə olursa, Azərbaycan ən azı öz suverenliyini qorumaq üçün və yaxud Azərbaycan hakimiyyəti özünü qorumaq üçün NATO ilə əməkdaşlığa getməlidir. Başqa seçim yoxdur".

Qeyd edək ki, dünən mediada NATO-nun Ukraynada baş verən gərginlik səbəbindən Rusiyaya yaxın olan Ermənistan, Azərbaycan və Moldovayla hərbi əməkdaşlığı artıracağı ilə bağlı xəbərlər yayılmışdı.

Tarix
2014.04.02 / 18:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla