Yuxarı

Hərbi Dəniz Qüvvələrinin komandanlığına yeni namizəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Mənbə bildirib ki, M. Almasov ixtisasca dənizçidir, hazırda Azərbaycan Silahlı Qüvvələrində ən yüksək rütbəli hərbi dənizçi də məhz odur.

Qeyd edək ki, general-mayor M. Almasov HDQ-nə komandan təyin olunduqda kontr-admiral rütbəsini daşıyacaq.

HDQ komandanı vəzifəsinə namizəd dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı tərəfindən təyin olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də vəzifəsindən azad edilib.

Tarix
2014.04.02 / 17:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla