Yuxarı

Eynulla Fətullayev: “Bizdə Fərhad Məmmədovun səsi var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizdə Fərhad Məmmədovun dediklərinin səs yazısı var".

Bunu jurnalist Eynulla Fətullayev deyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təmsil etdiyi quruma açıqlama verib və dedikləri də olduğu kimi yazılıb:

"Tamamilə yalandır, böhtandır. Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin edilməsi xəbəri ilk bizdə olub. Bu informasiya dünəndən bizə məlum idi. Fərhad Məmmədova müraciət edərək informasiyanın həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək istəmişik. Fərhad Məmmədov isə deyir ki, məhkəməyə vermək hüququmu özümdə saxlayıram. Özündə saxlamasın, versin məhkəməyə. Biz də səs yazısını çıxartaq qoyaq ortaya".

Qeyd edək ki, adı nurçularla əməkdaşlıqda hallanan Elnur Aslanov bir müddət əvvəl Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Ötən gün isə o Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunub. Haqqın.az xəbər saytı isə bu xəbərlər bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan açıqlama alıb. Fərhad Məmmədov açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib. O deyib ki, nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır: "Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur".

Fərhad Məmmədov isə mətbuatda onun adından yayımlanan açıqlamanı təkzib edib. F.Məmmədov bildirib ki, haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında ona istinadən "Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyi layiq deyil" başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb: "Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə "eksklüziv müsahibə" adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram" ("AzNews.az").

Tarix
2014.04.02 / 16:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla