Yuxarı

Elnur Aslanov hansı səlahiyyətlərə yiyələndi? - Foto-sxem

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elnur Aslanovun Prezident Administrasiyasi Siyasi təhlil və analitik təhlil şöbəsinin müdiri vəzifəsindən azad olunmasından sonra bu gün təyin olunduğu vəzifə hər kəsin diqqətindədir.

"Axar.az" xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsi nazirliyin strukturunda nazir (1), nazir müavinləri və aparat rəhbəri (2), nazirin köməkçisi, məsləhətçi-mətbuat katibi, aparat rəhbərinin müavini (3) iarerxiyasından sonra strukturlaşmanın 4-cü pilləsində qərar tutur: yəni maliyyə uşot və iqtisadi-təhlil şöbəsi, strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsi (4).

Nazirliyin əsasnaməsinə görə, Elnur Aslanovun hazırki səlahiyyətlərinə bunlar daxildir:

3.1

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial (SEŞ) şöbəsinə müdir başçılıq edir. O, həmin vəzifəyə Rabitə və İnformasiya Texnologiyaları nazirinin əmri ilə təyin edilir və vəzifədən azad edilir.

3.2

SEŞ-in müdiri öz fəaliyyətində nazirliyin müvafiq əmr və sərəncamlarını rəhbər tutaraq bu Əsasnamə ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir.

3.3

Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

3.4

Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.

3.5

Şöbənin fəaliyyətinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələrini müəyyən edilmiş qaydada təsdiq edilmək üçün nazirə təqdim edir.

3.6
Şöbə müdiri şöbə daxilində sektor müdirlərinin və işçilərin vəzifə təlimatlarını təsdiq edir. Şöbə daxilindəki sektorlara rəhbərlik edir və onların fəaliyyətinə nəzarət edir.

3.7

Şöbə işçiləri arasında iş bölgüsü aparır.

3.8

Şöbənin fəaliyyətinə dair icrası məcburi olan göstərişlər verir, hüquqi sənədləri imzalayır, əmr və göstərişlərin icrasını təşkil edir və nəzarəti həyata keçirir.

3.9

Rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün məqsədyönlü iş aparır.

3.10

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərişi ilə xarici dövlətlərdə SEŞ-in fəaliyyətinə dair məsələlərdə səlahiyyətli nümayəndə kimi çıxış edir.

Sxemin fotosunu təqdim edirik.

Tarix
2014.04.02 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla