Yuxarı

Məmmədyarov Nalbandyanla görüşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan aprelin 2-4-də Rusiyaya işgüzar səfər edəcək.

Məlumata görə, o aprelin 3-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, aprelin 4-də isə MDB ölkələrinin Xarici İşlər nazirlərinin növbəti iclasına qatılacaq.

Aprelin 4-ü axşam saatlarında isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyanın gözlənilən görüşü barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Haaqada keçirilən görüşdə məlumat vermişdilər.

Nazirlərin görüşünün iki ölkə prezidentinin görüşünə hazırlıq məqsədi daşıdığı qeyd edilir.

Qeyd edək ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Tvitter səhifəsində prezidentlərin yaxın zamanlarda görüşü barədə razılıq əldə edildiyini, hər iki ölkənin xarici siyasət idarələri rəhbərləri ilə müsbət əhval-ruhiyyədə görüş keçirdiklərini yazmışdı (ANS).

Aprel ayında həmsədrlərin növbəti dəfə regiona səfəri planlaşdırılır.

Tarix
2014.04.02 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Fiqaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla