Yuxarı

Tədris müddəti bu il uzadılacaq, ya yox? - TQDK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin artırılması hesabına uzadılacağı gözlənilir. Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, tədris ilinin müddətinin artırılması məsələsi Təhsil Nazirliyi tərəfindən irəli sürülüb.

Nazirliyin bu təklifi ilə bağlı Tələbə Qəbul Komissiyasının mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Aktual.az-a açıqlamasında hələ ki, bu barədə nazirliyin rəsmi qərarı olmadığını bildirdi:

"Əgər belə bir qərar olarsa, buraxılış imtahanlarının keçirilmə vaxtları ona uyğun olaraq müəyyənləşdirilə bilər. Ali məktəblərə qəbul imtahanları bu il may və iyul aylarında keçirildiyinə görə bu prosesə hər hansı maneə yaratmır. Hər halda Təhsil Nazirliyi belə qərar qəbul edərsə, onun hansı ildən tətbiq olunması dəqiqləşdikdən sonra bu məsələlərə daha aydın şəkildə baxmaq olar"

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmisi bu təklifi tədris proqramlarının ağır olması və 32 dərs həftəsinin buna cavab verməməsi ilə əlaqələndirib.

Tarix
2014.04.02 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla