Yuxarı

İsa Hüseynovla vida mərasimi başladı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-də vəfat edən görkəmli yazıçı İsa Hüseynovla vida mərasimi başlayıb.

Azərbaycan Milli Dram Teatrında baş tutan mərasimə mərhumun qohumları, bir çox tanınmış yazıçılar, şairlər, aktyorlar, həmçinin gənc yazarlar qatılıb. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri, yazıçını tanıyan və tanımayan insanlar da vida üçün toplaşıblar. Azərbaycan Yazıçılar Birliyindən hələlik təkcə Fikrət Qoca vida məqasiminə qatılıb. O, İ.Hüseynov barədə jurnalistlərə danışaraq yazıçının daim qələmi ilə ədəbiyyat sahəsində vuruşduğunu, onun ədəbiyyatımızda xüsusi yerinin olduğunu vurğulayıb. Yazıçının qızı və və xanımı da atasının son dəqiqələri barədə danışıblar.

Saat 12.00-da başlanan mərasim 15.00-a qədər davam edəcək. Bundan sonra yazıçı Birinci Fəxri Xiyabanda dəfn ediləcək.

Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktoru İsa (Muğanna) Hüseynov 1928-ci ildə anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb.

1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub ("Musavat.com").

2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb. Allah rəhmət eləsin!

Tarix
2014.04.02 / 12:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla