Yuxarı

Vəhabilər Xudatda şəriət məhkəməsi qurub - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəhabi məzhəbindən olanlar Xudatda şəriət məhkəməsi qurub".

Bu barədə "Axar.az"ın əməkdaşı Xudatda sakinlərdən məlumat əldə edib.

Məlumata görə, vəhabilərin qurduğu məhkəmə yalnız onların özü üçündür və həmin məzhəbdən olanların dövlət məhkəmələrinə müraciət etməmələri üçün yaradılıb.

Vəhabi məzhəbindən olanların mübahisəli məsələləri məhz bu məhkəmədə həll olunur. Şəriət məhkəməsinin daha ədalətli olması, tərəfkeşlik etməməsi təbliğ edilir və yerli əhaliyə mübahisəli məsələləri bu məhkəmələrdə həll etmək tövsiyə olunur.

Məlumatlı mənbə deyir ki, vəhabi olmayan şəxslərin həmin məhkəmə heyəti olan "ağsaqqal vəhabilərin" yanına getməsinə icazə yoxdur. Burdan da aydın olur ki, insanlar şəriət məhkəməsi ilə həm də vəhabiliyə cəlb edilirlər.

Vəhabilər bu məhkəmələri yaratmaq fikrini bu cür əsaslandırır:

"İslam qaydaları ilə fəaliyyət göstərməyən dövlət kafir dövlətdir. Kafir dövlətin məhkəməsi də kafirdir. Kafirlərin müsəlmanların haqqında qərar çıxarmasına imkan vermək olmaz. Müsəlmanlar öz məhkəməsini qurmalı və mübahisəli məsələləri şəriətlə həll etməlidir".

Xəbərin ciddiliyi səbəbindən "Axar.az" əməkdaşı Xudata ezam olunub.

Tarix
2014.04.02 / 10:46
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla