Yuxarı

Tutum normasını pozan sürücülər cərimələnəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat vasitələrində nəzərdə tutulduğundan çox sərnişin daşiyanlar yol polisi tərəfindən cəzalandırılacaq. Bu təkcə sərnişin daşiyanlara deyil həmçinin rayonlararası avtobuslara da aid ediləcək.

Minik avtomobillərində nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab olunur. Buna görə də, belə sürücülərin cəzalandırılması nəzərdə tutulur. Bəzən avtomobillərdə ön oturacaqda azyaşlı uşaq gəzdirirlər.

Buna da belə bəraət qazandırmağa çalışırlar ki, guya uşaq valideynlərinin qucağında oturur və valideyn nəyin bahasına olursa - olsun onu buraxa bilməz. Bu çox vaxt sonda azyaşlının faciəsinə səbəb olur.

Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sərnişindaşıma qaydalarını pozan sürücülər bilməlidirlər ki, inzibati xətalar məcəlləsinin 151.2 maddəsinə müvafiq olaraq bu qayda pozuntusu 60 manat məbləğində cərimələnir.

Rayonlararası sərnişin daşımada da bu qaydaları pozan sürücülər cəzalanacaqlar. Elə avtobus və mikroavtobuslar var ki, ayaqüstdə sərnişin daşınması üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq nəqliyyat vasitəsinə nəzərdə tutulduğundan çox sərnişin mindirirlər.

Baş Dövlət Yol Polis İdarəsindən belə sürücülərə qarşı bu cür tədbirlərin davamlı olacağı bildirilir (ANS).

Tarix
2014.04.02 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla