Yuxarı

Qənirə Paşayeva cəbhə xəttində kitab təqdimatı keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı və imzalanması olub.

Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. 3-cü dəfədir ki, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hərbi hissədə təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla oxuduqlarını deyib. Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib.

Qənirə Paşayeva kitab haqqında məlumat verərək bildirib ki, "Dünyanı dəyişən alimlər" adlı kitabının nəşr edilməsində məqsəd gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir: "Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış azərbaycanlı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək."

O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum kitablar siz dəyərli əsgər və hərbçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram deyib. Sonra əsgər və hərbiçilər üçün "Dünyanı dəyişən alimlər" kitabını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.

Tarix
2014.04.02 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla